“NATO və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq çox vacibdir”.

Bunu İtaliya Baş naziri Ciorcia Meloni NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“İtaliya təhlükəsizlik sahəsində sıx əməkdaşlıqla bağlı istəyini artıq sübut edib və bizim bununla bağlı mövqeyimiz aydındır. Hesab edirik ki, NATO və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq çox vacibdir. Bu gün cənab Stoltenberqlə müzakirələrimiz zamanı bu iki təşkilat arasında əməkdaşlığı necə dərinləşdirə bilərik bunu müzakirə etdik. Alyans təhlükəsizliyimiz üçün çox vacibdir, təbii ki, təhlükəsizlik olmadan inkişaf və rifah olmaz. Biz birlikdə ortaq dəyərlərimizi və Qərb kimliyimizi müdafiə etməliyik", - Baş nazir qeyd edib.

.