İtaliya A Seriyasının bərpa tarixi məlum olub.
Bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, liqa iyunun 13-də qaldığı yerdən davam edəcək.
Mayın 18-dən klubların kollektiv şəkildə məşqlərə başlamasına icazə verilib.
Ölkə kubokunun isə avqustun 2-dək başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.
.