
Məşhur isveçrəli mesenat, "Frank Müller” şirkətinin sahibi Vartan Sirmakes Ermənistanın baş naziri Ovik Abramyanla görüşündə işğal altındakı Dağlıq Qarabağın iqtisadiyyatına sərmayə yatırmaq arzusunda olduğunu bildirib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən erməni nəşrləri məlumat yayıb.
Məlumata görə, V.Sirmakes O.Abramyanla görüşündə Qarabağda iqtisadiyyatın inkişafı üçün konkret investisiya proqramlarını müzakirə edib.
Yada salaq ki, isveçrəli mesenat "Köhnə İrəvan” proqramını da maliyyələşdirir. O, bu layihənin həyata keçirilməsinə artıq 150 milyon dollar vəsait qoyub.