İsveçrə Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin statusunu ümummili referenduma çıxara bilər. " "Lenta.ru" saytı xəbər verir ki, bu açıqlamanı ölkə Prezidenti Doris Loythard "Sonntags Blick" qəzetinə müsahibəsində verib.
"Biz hansı yolla getdiyimizi bilməliyik. Əsas səsvermə faydalı olar", - deyə Loythard əlavə edib.
Son 2 ildə Bernlə Brüssel arasında münasibətlər mürəkkəbləşib. İsveçrə yerli birjaların hüquqlarının 1 il müddəti ilə məhdudlaşdırılmasına kəskin reaksiya verib. Bu o deməkdir ki, yerli investorların Aİ-də qeydiyyatdan keçən şirkətlərin səhmlərinin alqı-satqısına məhdudiyyət qoyulub. Bern Brüsselin bu qərarını diskriminasiya kimi dəyərləndirib. Buna səbəb kimi isə Aİ-nin İsveçrənin maliyyə mərkəzi kimi rolunu zəiflədilməsi istəyi göstərilib.
Loythard isveçrəlilərin Aİ-yə şübhəli yanaşdıqlarını, amma Aİ-dən başqa iqtisadi əlaqələr üçün alternativ olmadığını qeyd edib.
.
