İsveçrə Nikolas Maduroya məxsus aktivləri dondurub.
Bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.
Bildirilib ki, bu qərar dərhal qüvvəyə minib və dörd il müddətinə qüvvədə qalacaq.
Əlavə edilib ki, aktivlərin dondurulması sadəcə Maduronu hədəfə alıb və hazırki Venesuela hökumətinin heç bir üzvünə təsir etməyəcək.
“İsveçrə qeyri-qanuni yollarla mənimsənilmiş pulun Venesuela xalqına qaytarılmasına çalışacaq” , - Federal Şura bəyanat verib.
.
