İsveçin CV90 piyada döyüş maşınları (PDM) Ukraynada da istehsal olunacaq.
Bu barədə İsveçdə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, hazırda sözügedən texnikalardan ön cəbhədə səmərəli istifadə olunur: “Biz həmçinin CV90-ları Ukraynada istehsal etməyi planlaşdırırıq”.
Zelenski qeyd edib ki, Ukrayna ilə İsveç arasında hərbi əməkdaşlıq inkişaf edəcək.
.
