“Sol” və “Yaşıllar” Partiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı Sosial Demokrat İşçi Partiyasının yekun qərarının əsasını təşkil edəcək təhlükəsizlik siyasəti vəziyyəti ilə bağlı hesabatı şərh edib.

Bu barədə İsveç radiosu məlumat yayıb.

“Sol” partiya hesab edir ki, hesabatda giriş üçün ilkin şərtlərin ciddi təhlili yoxdur. O, həmçinin İsveç üçün həm onun ərazisində xarici hərbçilərin olması, həm də nüvə silahı məsələsi ilə bağlı müəyyən risklər görür.

“Yaşıllar” da oxşar tənqidlər səsləndirsələr də, hələlik məzmununu açıqlamayıblar.

.