İŞİD Türkiyəyə qarşı yeni təhdidlər səsləndirib.
Publika.az xəbər verir ki, terror qruplaşması "Dabıq” jurnalından sonra Roma mənasını verən "Rumiyah” adlı yeni jurnal çıxarmağa başlayıb.
Jurnal Türk, Rus və Fransız dillərində yayımlanır. Jurnalının adının niyə "Rumiyah” seçilməsi onun ilk sayında açıqlanır.
"Jurnalımızın adının "Rumiyah” (Roma) seçilməsi Allahın qiyamətə yaxın bizim fəth edəcəyimizə işarə verdiyi yerdir. Rəbbimizdən arzulayırıq ki, bu torpaqları, həmçinin, ondan daha öncə fəth olunacaq Konstantinopolun (İstanbul) fəthini bizə nəsib etsin”, - deyə bildirilir.
.
