İstanbulun mərkəzində Sultanahmet meydanında terror hadisəsini törədən şəxsin fotosu yayılıb.
Türkiyə mətbuatı xəbər verir ki, Sultanahmet meydanında partlayışı 1988-ci il sentyabrın 5-də Səudiyyə Ərəbistanında anadan olan Suriya vətəndaşı Nabil Fadlini törədib. İŞİD terror qruplaşmasının üzvü olan Nabil Fadlininin Türkiyəyə qısa müddət əvvəl gəldiyi bildirilir.
Xatırladaq ki, Sultanahmet meydanında törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
