Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İstanbulda Böyük Britaniyanın xarici işlər naziri David Kameronla görüşüb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlərin hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb.

Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Qeyd edək ki, D.Kameron Yaxın Şərq turnesi çərçivəsində dünən İsraildə səfərdə olub.

.