Sabah İstanbulda Türkiyə-Əfqanıstan-Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Türkiyə Xarici İşlər Nazirliyi verdiyi xəbərə görə, toplantı çərçivəsində Əfqanıstanda sülh prosesi, üç ölkə arasında təhlükəsizlik, enerji, qanunsuz miqrasiya məsələləri müzakirə ediləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun əfqanıstanlı və pakistanlı həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi də bildirilib.
 

.