Türkiyənin İstanbul şəhərində şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulub.

Bu barədə İstanbul valisi Əli Yerlikaya tvitter hesabında açıqlama yayıb.

O, yerli vaxtla saat 13.00-a qədər şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulduğunu açıqlayıb.

Buna əlverişsiz hava şəraiti səbəb göstərilib.

.