Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbinin fəaliyyətə başlaması gələn ilə qədər ertələnib.

Bu barədə APA-nın Türkiyə bürosuna Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Pərviz Məmmədzadə məlumat verib.

O bildirib ki, məktəb üçün ayrılan binada zəlzələyə qarşı gücləndirmə işlərinin aparılması ilə əlaqədar belə qərar qəbul edilib.

“Hazırda proses davam edir. Məktəbin gələn il fəaliyyətə başlaması planlaşdırılır. Binanın zəlzələyə davamlı olması üçün işlər aparılır”, - deyə Pərviz Məmmədzadə qeyd edib.

Qeyd edək ki, İstanbulda Azərbaycan məktəbinin yaradılması ilə bağlı qərar 23 sentyabr 2025-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanmış Əlavə Protokolda rəsmiləşdirilib. Protokol 23 dekabr 2025-ci ildə Azərbaycan Milli Məclisində təsdiqlənib.

.