İstanbul Mədəniyyət və Turizm İdarəsi xəbər verir ki, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan İstanbula 197 min 942 nəfər səfər edib.

Bu, hər gün orta hesabla 660 nəfər azərbaycanlının İstanbula səfər etməsi deməkdir.

Bu ilin 10 ayı ərzində İstanbula dünyanın dörd bir tərəfindən 10 milyon 744 min 448 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur. Şəhərə gələn turistlərin əksəriyyətini Almaniyadan gələnlər təşkil edib.

Azərbaycanlılar şəhərə gələn əcnəbilərin 1,8 faizni təşkil edib. (marja.az)
.