İstanbulun "Reina” gecə klubuna hücumu 28 yaşlı Yəhya Maşrapovun törətdiyi bildirilir. APA-nın "ntv.ru”-ya istinadən verdiyi məlumata görə, onun Qırğızıstan vətəndaşı olduğu açıqlanıb.

 

KİV-də hücumu törətməkdə şübhəli bilinən şəxsin pasportunun fotosu yayılıb. Sənədin Qırğızıstan dövlət  qeydiyyat xidməti  tərəfindən verildiyi  bildirilir.

 

 

Qeyd  edək ki,  yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda  yerləşən "Reina”  gecə klubuna hücum edib. Ümumilikdə 700 adamın olduğu klubda 16 nəfər  əcnəbi  olmaqla  39 nəfər öldürülüb, 69 nəfər yaralanıb.

 

Ölənlər arasında  Rusiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları olub.

.