İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
 
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün xəstəxanada ağır vəziyyətdə olan yaralı dünyasını dəyişib.
 
238 yaralının artıq 144-ü xəstəxanadan evə buraxılıb. Bu məlumat İstanbul valiliyi tərəfindən verilib. Ölənlərdən artıq 33-ün cəsədi yaxınlarına verilib.
 
Qeyd edək ki, ötən axşam İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb. 
.