İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında terror aktının törədilməsində iştirak etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.
 
Müstəqil.Az xəbər verir ki, İstanbulda 16 müxtəlif ünvanda keçirilən əməliyyat zamanı 3-ü xarici vətəndaş olmaqla 13 nəfər saxlanılıb.
 
Əməliyyat-axtarış tədbirləri zamanı bir neçə ünvandan odlu silah, elektron informasiya daşıyıcısı aşkarlanaraq götürülüb. Hazırda əməliyyat davam edir.
 
Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında 3 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

.