İstanbulun Sultanqazi İsmetpaşa məhəlləsində əfqan və suriyalılarla yerli sakinlərin arasında baş verən davada bir gəncin bıçaqlanaraq öldürülməsi toqquşmalara səbəb olub.
Publika.az xəbər verir ki, öldürülən gəncin bu gün keçirilən cənazə mərasiminə jurnalistlər buraxılmayıb. Çevik alay zirehli avtomobil və TOMA-larla cənazə mərasimini qoruyub.
Lakin küçədə bir qrup gənc əfqanıstanlı şəxsi görən kimi hücuma keçib və onu linç etməyə cəhd ediblər. Polis əfqanıstanlı şəxsi xilas edib, lakin toqquşmalar daha da böyüyüb. Hazırda qarşıdurma davam edir.

