İstanbul polisi tərəfindən bu gün xüsusi əməliyyat həyata keçirilir.
Trend bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
Xüsusi əməliyyat çərçivəsində solçu terrorçu təşkilatlarla əlaqələrdə şübhəli bilinən 6 nəfərin saxlanıldığı bildirilir.
Məlumatlarda eyni zamanda qeyd olunur ki, xüsusi əməliyyat bu gün şəhərin bir neçə rayonunda həyata keçiriləcək.
Qeyd edək ki, Türkiyədə indiyə kimi keçirilən antiterror əməliyyatlarında 2500-dən artıq şəxs həbs olunub.
.