İsrailin maliyyə naziri Bezalel Smotriç Fələstinə dəstək bəyanatlarından sonra Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borreli terrorizmi dəstəkləməkdə ittiham edib.

Bununla bağlı israilli nazir “X” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Borrel İsrailin Qəzza zolağındakı əməliyyatını nasist Almaniyasının hərəkətləri ilə müqayisə edərək ictimaiyyəti çaşdırır.

“Borrelin sözləri terror tərəfində olmasının açıq və təhlükəli göstəricisidir, onun Fələstin xalqına biganə olduğuna şübhə yoxdur. Əgər Borrelli həqiqətən fələstinlilər maraqlandırsaydı, Misirin Qəzza zolağının sakinlərini həbs etmək üçün tikdiyi divara qarşı çıxardı.

İsrail indi bütün Qərb cəmiyyətini təhdid edən İrana qarşı mübarizə aparır. Vaxt gələcək ki, Avropa Borrelldən və onun və bir çox dostlarının İsrailə tətbiq etdiyi ikili standartlardan, əsl terrorçuların tərəfini tutduğundan utanacaq. Bu müharibə xeyir ilə şər arasında seçim tələb edir və Borrell açıq-aydın tarixin yanlış tərəfini seçib”.

.