İsrail rejiminin sabiq baş naziri Ehud Olmertə 2 il davam edən məhkəmədən sonra hökm oxunub. Məhkəmə sabiq baş naziri işğal altındakı Qüds şəhərinin meri olduğu müddətdə rüşvət almaqda təqsirli sayıb.
Buna qədər Ehud Olmertin Qüdsdə mer olduğu müddətdə şəhərdə bəzi tikililərin abadlığı üçün milyonlarla dollar alması iddia edilmişdi. Olmert 2008-ci ildə ortaya atılan rüşvət iddialarından sonra baş nazir postundan könüllü getmişdi.
.