İsrailin Baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfəri çərçivəsində Əbu-Dabiyə gəlib.
“Haber Global” xəbər verir ki, bu, İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin bərpası qərarından sonra Baş nazirin BƏƏ-yə ilk səfəridir.
İsrailin baş naziri Naftali Bennetti daşıyan təyyarə Əbu-Dabidəki Kral Hava Limanına enib. Benneti BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed qarşılayıb.
Səfəri zamanı Zayedlə danışan Bennett, “Səmimi qonaqpərvərliyinizi yüksək qiymətləndirirəm. Bu əla qarşılanmadır. İsrail liderinin ilk rəsmi səfərini burada edəcəyim üçün çox həyəcanlıyam. Mən iki ölkə arasında münasibətlərin möhkəmlənməsini səbirsizliklə gözləyirəm”, - deyə bildirib.
Səfər çərçivəsində Bennetin bu gün Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşü gözlənilir. Görüş zamanı iki ölkənin münasibətləri arasında inkişafa və sabitliyin möhkəmlənməsinə töhfə verəcək iqtisadi məsələlər və əlaqələrin dərinləşməsi müzakirə olunacaq.
.
