Təl-Əvivdə 6 girovun cəsədinin tapılması fonunda kütləvi etiraz və iğtişaşlardan sonra 29 nəfər saxlanılıb.
Bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaya girib, yollarda hərəkəti bağlayıb, ictimai asayişi pozublar.
“İndi bütün yollar etirazçılardan təmizlənib, nəqliyyatın hərəkəti tədricən bərpa olunur”, – polis əlavə edib.
.