İsrail və Türkiyə münasibətləri tamamilə normallaşdırmaq qərarına gəldiyini açıqlayıb.

İsrailin baş naziri Yair Lapid bildirib ki, Türkiyə ilə münasibətlərin bərpası regional sabitlik üçün vacibdir:

"Bu, vətəndaşlarımız üçün çox vacib iqtisadi xəbərdir. Biz İsrailin dünyada mövqeyini gücləndirmək üçün çalışmaqda davam edəcəyik".

Türkiyə və İsrail qarşılıqlı səfirlər təyin edəcək

Türkiyə və İsrail qarşılıqlı olaraq yenidən səfirlər təyin edilməsinə qərar verib.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayevlə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, yaxın zamanda bu barədə bəyanat yayılacaq və Türkiyə İsrailə təyin ediləcək səfirin adını açıqlayacaq.

.