İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) direktoru Ronen Bar ötən gün gizli şəkildə Qahirəyə səfər edib və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə görüşüb.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə “Walla” informasiya portalı məlumat yayıb.

Məlumata görə, xüsusi xidmət orqanlarının rəhbərləri arasında digər məsələlərlə yanaşı, girovlarla bağlı danışıqların dalana dirənməsi də müzakirə olunub.

Bundan əlavə, Ronen Bar misirli həmkarı ilə "Rəfah" keçid məntəqəsinin bağlanmasından sonra yaranmış böhranın həlli yollarını da müzakirə edib.

.