Yenizaman.az "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail rejiminə məxsus hərbi təyyarələr Qəzza ərazisinə avia zərbələr endirib. Döyüş təyyarələri Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindəki Fələstin xalq müqavimət komitəsinin hərbi bazası, şimalında boş bir ərazi və "İzzəddin əl-Qəssam" briqadasına məxsus düşərgəyə raket atıblar.
Hələlik avi zərbələr zamanı ölən və xəsarət alanların olması barədə məlumat verilmir. Bu arada Qəzzadakı "İslami Cihad" döyüşçüləri də İsrailin hücumuna cavab olaraq 4 raket havaya buraxıblar.
.
