İsrail ordusu Suriyada hərbi təyyarələrinin vurulduğu haqda xəbərləri təkzib edib.
 
Publika.az "Röyters”ə istinadən xəbər verir ki, İsrailin hərbi dairələri Suriya rejiminin yalan danışdığını bildirib.
  
İsrail ordusu hava hücumu vaxtı qarşı tərəfdən iki raket atıldığını, lakin heç birinin hədəfə dəymədiyini bildirib.

 ***
Suriya ordusu İsrailin hərbi təyyarəsini vurub.
 
 Publika.az xəbər verir ki, İsrailin Kuneytra bölgəsində Suriya ordusuna aid mövqeləri vurub.
  
Buna cavab olaraq, Suriya ordusunun açdığı atəş nəticəsində İsrailin bir hərbi təyyarəsi və pilotsuz uçan aparatı vurulub.
  
Hadisənin detalları hələlik açıqlanmır.
.