Sionist İsrail rejiminin döyüş təyyarələrinin Qəzzanın cənubunda iki hədəfə hava hücumu təşkil edib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, sionist İsrail ordusu açıqlama verərək, Qəzzanın cənubunda HƏMAS-a aid iki bazanın sionist İsrail döyüş təyyarələri tərəfindən hədəfə alındığını təsdiq edib.
Sionist İsrail rejimi əvvəllər olduğu kimi, bu dəfə də hava zərbəsinin axşam saatlarında Qəzzadan atılan və sionist İsrail rejiminin cənub bölgəsinə düşən raketə cavab olaraq həyata keçirdiyini iddia edib.
Fələstindən məsələyə dair hələ ki, açıqlama verilməyib.
.
