
Bu gün HAMAS-ın Qətərdəki liderlərinə qarşı əməliyyat İsrailin tamamilə müstəqil bir əməliyyatıdır.
Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun Ofisi məlumat yayıb.
“İsrail onu başlatdı, İsrail onu idarə etdi və İsrail bütün məsuliyyəti öz üzərinə götürür”, - qeyd olunub.
Netanyahu Qətərdə HAMAS üzvlərinə qarşı İsrailin hava hücumlarını izləyib
Bu gün İsrail Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Doha şəhərində HAMAS üzvlərinə qarşı İsrailin hava hücumlarını izləyib.
İsrail Baş naziri Şin-Betin xüsusi əməliyyat mərkəzində hücumun gedişini izləyib.
.