
Dekabrın 3-də İsrail parlamenti özünü buraxıb.
"Media forum” saytı xəbər verir ki, qərara 84 deputat səs verib, əleyhinə çıxan olmayıb. 120 nəfərlik deputat heyəti gələn il martın 17-də keçiriləcək seçkiyə qədər fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, baş nazir Benyamin Netanyahu dekabrın 2-də hakim koalisiyanın iki mühüm fiqurunu – maliyyə naziri Yair Lapidi və ədliyyə naziri Sipi Livnini istefaya göndərib. Bununla da ölkədə hökumət böhranı yaranıb. Likud Partiyasının başçılıq etdiyi hakim koalisiya Knessetdə çoxluğu itirib.
.