İsrail Knesseti (parlament) İordan çayının qərb sahilindəki 4 yəhudi qəsəbəsinin evakuasiyasını ləğv edən qanunu qəbul edib.

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

İkinci və üçüncü oxunuşda qanun layihəsinin lehinə 31, əleyhinə 18 nəfər səs verib.

Qeyd edək ki, sabiq Baş nazir Ariel Şaronun dövründə – 2005-ci ildə qəbul edilmiş proqrama əsasən İordan çayının qərb sahilindəki Qanim, Kadim, Sanur və Xomeş qəsəbələrinin sakinləri 18 il əvvəl evakuasiya edilib. 18 il ərzində israillilərin həmin 4 qəsəbəyə girişi qadağan edilib. Bu qəsəbələrdən ikisi fələstinlilərin yaşadığı Cenin şəhərindən 1 km uzaqlıqda yerləşir.

Artıq bu qəsəbələrə girişə qadağa ləğv olunduğuna görə həmin qəsəbələrdə tikintinin yenidən başlaması üçün İsrailin İordan çayının qərbindəki hərbi hakimiyyətindən və mülki administrasiyasından icazə almaq lazımdır.

.