İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Hizbullahın silah qaçaqmalçılığı üçün istifadə etdiyi Suriyanın hərbi infrastrukturuna zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya ilə Livan arasındakı sərhəd-keçid məntəqələri yaxınlığında Suriyanın hərbi infrastrukturuna zərbələr endirib.
İsrail ordusu bu infrastrukturun Hizbullah tərəfindən silah transferi üçün istifadə edildiyini vurğulayır.
.