İsrail Müdafiə Qüvvələri (IDF) qırıcıları İsrailə raket hücumuna hazırlıqla əlaqədar Livandakı "Hizbullah" hədəflərinə hücum edib.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Ordusu Hizbullah terror təşkilatının İsrail ərazisinə raket atmağa hazırlaşdığını müəyyən edib. Bu təhdidlərə cavab olaraq, həbçilərimiz Livanda terrorçuların hədəflərini vurur. İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları hazırda "Hizbullah" terror təşkilatına məxsus hədəflərə zərbələr endirir.”, - məlumatda deyilir.

.