
İsrail Nazirlər Kabineti Qəzza zolağında Fələstin anklavının ələ keçirilməsini ehtimalını ehtiva edən hərbi əməliyyatı genişləndirmək planlarını təsdiqləyib.
Bu barədə Ynet mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, plana digər məsələlərlə yanaşı, Qəzza zolağının ələ keçirilməsi və ərazinin saxlanması, onu qorumaq üçün anklavın əhalisinin cənuba köçürülməsi, HAMAS hərəkatının humanitar yardımı yaymaq imkanından məhrum edilməsi və radikallara qarşı güclü hücumların həyata keçirilməsi daxildir.
Qeyd edilib ki, İsrail ordusunun Qəzzada fəaliyyətini genişləndirmək planları bu gecə yekdilliklə təsdiqlənib.