Müdafiə naziri İsrael Katz İsrail ordusunun əməliyyatlarının HAMAS təslim olana qədər davam edəcəyini deyib.

Katz bu barədə özünün “X” hesabında bildirib.

O qeyd edib ki, HAMAS şərtləri qəbul edənə qədər İsrail ordusunun fəaliyyəti intensivləşəcək.

“Bu şərtlərin başında bütün girovların azad olunması və HAMAS-ın tərksilah edilməsidir. Yoxsa məhv olacaqlar”,- İsrailin müdafiə naziri xəbərdarlıq edib.

.