İsrail Müdafiə Ordusunun Livanın cənubunu bombalaması nəticəsində “Hizbullah”a bağlı “Al-Manar”, “Al-Maidin” televiziya kanallarının əməkdaşları ölüb, başqa ölkələrin KİV-inin jurnalistləri yaralanıb.
Məlumatı İsrail KİV-i yayıb.
Bildirilib ki, hadisə nəticəsində “Al-Manar” TV-nin operatoru Uisam Kasem, “Al-Maidin” telekanalının operatoru Həsən Nacar və xüsusi texniki mütəxəssisi Məhəmməd Reda ölüb.
Məlumata görə, aviazərbələr İsrail-Livan sərhədinin 8 km dərinliyində reallaşıb.
.