İsrail İranla nüvə sahəsində imzalanan istənilən sazişi “pis” adlandırıb.

Bunu İsrailin xarici işlər naziri Yair Lapid deyib.

Y.Lapid son çıxışında İranla böyük dövlətlərin apardığı nüvə danışıqlarına irad tutub və əldə edilməsi üçün müzakirələrin getdiyi razılaşmanı “daha pis” adlandırıb.

Xarici işlər naziri Yair Lapid bildirib ki, mövcud vəziyyətdə İsrail “pis razılaşma” əldə etməkdənsə, ABŞ və digər güclərin İranla nüvə danışıqlarından geri çəkilməsinə üstünlük verir.

Qeyd edək ki, son ayda İsrailin müdafiə və xarici işlər nazirləri İranla aparılan nüvə danışıqları ilə bağlı Vaşinqtonda olublar. ABŞ və İsrail KİV-lərinin məlumatına görə onlar Vaşinqtondan razı qayıtmayıblar. Əlavə edək ki, İsrail İrana qarşı daha sərt, hətta hərbi müdaxilə kimi seçimlərin tərəfdarı olduğu halda ABŞ Aministrasiyası İranın nüvə proqramının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün sanksiyalarla yanaşı diplomatik müzakirələrin daha səmərli olduğunu düşünür.

.