Hizbullah və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin əməliyyatçısı İsrailin gecə Beyrutda keçirdiyi hücumda öldürülüb.

Bu barədə İsrail ordusu, Şin Bet və Mossadın birgə bəyanatında bildirilib.

Livanın paytaxtı Beyruta gecə endirilən zərbənin hədəfinin Hizbullah və İranın SEPAH Qüds Qüvvələrinin üzvü olduğu bildirilib.

İsrail ordusunun verdiyi məlumata görə, Hizbullahın 3900-cü bölməsi və Qüds qüvvələrinin üzvü olan Həsən Bdair qırıcı təyyarələrin endirdiyi zərbə nəticəsində öldürülüb.

Birgə bəyanatda qeyd edilib ki, Həsən Bdair bu yaxınlarda HAMAS ilə koordinasiyada fəaliyyət göstərib, İsrail mülki əhalisinə qarşı terror hücumu həyata keçirməyə istiqamət verib.

.