İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda şiə Hizbullah hərəkatının hədəflərinə zərbələr endirmək üçün 100-ə yaxın döyüş təyyarəsindən istifadə edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari verdiyi açıqlamada zərbələr zamanı bir neçə min mərmi məhv edildiyini bildirib.
“Hərbi-Hava Qüvvələrinin 100-ə yaxın qırıcısı minlərlə Hizbullah mərmisi konteynerinə hücum edib və məhv edib, onların əksəriyyəti ölkənin şimalına, bəziləri isə İsrailin mərkəzi hissəsinə yönəlib”, o qeyd edib.