"Dünyada 200-dən artıq ərazi və sərhəd münaqişəsi mövcuddur, ancaq Avropa İttifaqı İsrailə münasibətdə belə mövqe tutmaqla ikili standart siyasəti yürüdür".

Report İsrail KİV-ə istinadən xəbər verir ki, İsrail XİN-in Avropa İttifaqının (Aİ) ötən gün qəbul etdiyi qətnamə ilə bağlı yaydığı bəyanatda belə deyilir.

İsrail XİN Fələstin Milli Muxtariyyətinin "terror fəalyyətindən" Aİ-yə şikayət edib. Şikayətdə bildirib ki, belə bir yanaşma Avropanın yəhudi dövləti ilə Fələstin arasındakı münaqişənin həllində fəal iştirakına imkan vermir.

"Sionist düşərgəsi" İsrail müxalifət blokunun liderti İshak Hersoq da Aİ-nin qərarına münasibət bildirib: "Təəssüf edirəm ki, Avropa İttifaqının liderləri İsraili qanunsuz elan edənlərə köməklik göstərir".

Qeyd edək ki, ötən gün Aİ-yə üzv dövlətlərin xairici işlər nazirlərinin toplantısında qəbul edilən qətnamədə qurum İsraili 1967-ci il sərhədləri çərçivəsində tanıdığını bildirib.
.