İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo aprelin 23-24-də ilk dəfə Azərbaycana səfərə gələcək.
Səfərin məqsədi İspaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair danışıqlar aparmaqdır.
Nazir Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Səfər çərçivəsində biznes-forumun təşkili və dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması da nəzərdə tutulub.
İspaniyanın Azərbaycanda akkreditə olunmuş rəsmi nümayəndəsi Azərbaycan hökumətinə təqdim olunacaq. Rəsmi nümayəndə iki ölkə arasında iqtisadi münasibətlərin tənzimlənməsi məsələlərinə baxacaq.
.
