İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqalyo bu ilin birinci yarısında Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə APA-ya Azərbaycanın İspaniyadakı səfirliyinin 1-ci katibi Cavid Kazımov məlumat verib.
Səfirliyin nümayəndəsi bildirib ki, hazırda səfərin təşkili üçün iş aparılır: "Səfər zamanı iki ölkə arasında əməkdaşlıq istiqamətləri müzakirə olunacaq. Eyni zamanda, səfər çərçivəsində çoxlu vacib sənədlər imzalanacaq”.
.