
İspaniya Futbol Federasiyası yerli hökumət ilə fikir ayrılığı səbəbindən mayın 16-dan etibarən ölkədə keçirilən bütün turnirlərin qeyri-müəyyən müddətə dayandırılması barədə qərar qəbul edib.
BBC xəbər verir ki, federasiyanı ən çox idman tədbirlərinin televiziya vasitəsilə yayımlanma hüququnun satışı üzrə kollektiv müqavilələrlə bağlı qanunvericilik qane etmir.
Təşkilat bəyanatında bildirib ki, hökumət ilə üç gün aparılan danışıqlar bir nəticə verməyib.
Qurumun hesablamalarına görə, oyunların dayandırılması 600 midən çox futbolçuya və İspaniya Kubokunun finalı da daxil olmaqla təqribən 30 min oyuna təsir edə bilər.
Bununla yanaşı bəyanatda qeyd olunub ki, Federasiya ölkə hakimiyyəti ilə dialoqu bərpa etməyə hazırdır. İspaniya hökumətinin nümayəndələri hələlik vəziyyəti şərh etmirlər.