İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
“Qırmızı furiya”nı Luis de la Fuente çalışdıracaq. O, bu postda Luis Enrikeni əvəzləyib.
Qeyd edək ki, de la Fuente İspaniyanın yeniyetmə və gənclərdən ibarət yığmalarında çalışıb. Onun yetirmələri Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
.