
"İnter Mayami" klubunun futbolçusu Serxio Buskets cari mövsümün sonunda karyerasını başa vuracaq.
Bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb.
37 yaşlı yarımmüdafiəçi 2023-cü ildə bu komandaya keçib.
İspaniyanın "Barselona" klubunun yetirməsi olan Serxio Buskets Kataloniya təmsilçisi ilə 9 dəfə La Liqanın, 7 dəfə ölkə kubokunun, eyni sayda ölkə Superkubokunun, 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub. O, 2010-cu ildə İspaniya millisi ilə dünya, 2012-ci ildə Avropa çempionu adını qazanıb.
.