İspaniyanın Kataloniya bölgəsinin sabiq rəhbəri Karles Puçdemonun ölkənin Ali Məhkəməsinin ona qarşı həbs qərarı çıxarmasına qarşı Konstitusiya Məhkəməsində irəli sürülən iddiası rədd edilib.
Bu barədə yerli “El Pais” nəşri məlumat yayıb.
Nəşrin sözlərinə görə, Ali Məhkəmə 2017-ci ildə Kataloniyada qeyri-qanuni müstəqillik referendumunun təşkilinə görə, hakimiyyətə tabe olmamaq və mənimsəmə ittihamı üzrə Puçdemonun həbsinə order verib.
Qeyd edək ki, Puçdemon 2017-ci ildə baş verən hadisələrdən sonra Belçikaya qaçıb.
.
