İspaniyanın Baş naziri Pedro Sançez təyyarəsində baş verən texniki nasazlıq səbəbindən bu gün Parisdə “İstəklilər Koalisiyası”nın iclasında iştirak edə bilməyəcək.

Baş nazirin ofisi onun iclasa videoformatda qoşulacağını bildirib.

Qeyd edək ki, bu gün Parisdə keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması barədə fikir mübadiləsi aparacaqlar.

.