İspaniyanın baş naziri Pedro Sançes Palma adasında vulkan püskürməsi səbəbindən ABŞ-a səfərini təxirə salıb.

Bu barədə krallıq hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş nazir bu gecə Kanar Adalarına gedəcək.

Qeyd edək ki, bu gün kiçik miqnitudalı zəlzələlərdən sonra İspaniyanın Palma adasında vulkan püskürüb. Kanar arxipelaqına daxil olan adada vulkanın püskürməsi ilə əlaqədar 40 nəfərə qədər sakin ev heyvanları ilə birlikdə təhlükəsiz yerə evakuasiya edilib.

.