19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının yeni qalibi müəyyənləşib.
Finalda İspaniya və Rusiya yığmaları üz-üzə gəlib.
Oyun İspaniya millisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn ispanlar Avropa çempionu adını qazanıblar.
Qeyd edək ki, Rusiya millisinin heyətində çıxış edən əslən azərbaycanlı futbolçular - Ramil Şeydayev və Ayaz Quliyev 90 dəqiqə meydanda olub.
.