İspaniya ABŞ-a öz hərbi bazalarından İrana qarşı istifadə etməyə icazə verməyib.
“Reuters“in xəbərinə görə, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, ölkəsi ABŞ-ın İrana qarşı hücumları üçün öz hərbi bazalarını istifadə etməyə icazə verməyəcək.
Nazir İrana qarşı hücumları pisləyib.
“İspaniya bazaları bu əməliyyatda istifadə edilmir. Onlar heç bir zaman ABŞ-la razılaşmada nəzərdə tutulmayan və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olmayan hər hansı bir əməliyyat üçün istifadə edilməyəcək”, – XİN rəhbəri qeyd edib.
.
